Zelenski Zalujnının istefası barədə Ağ Evi məlumatlandırıb- “The Washington Post”

“General Valeri Zalujnının getməsi Rusiya və Ukrayna arasında müharibə zamanı ilk əhəmiyyətli kadr dəyişikliyi ola bilər”.

Azpost.info xəbər verir ki, bu barədə “The Washington Post” yazır.

Hələlik Ukrayna prezidenti Vladimir Zelenski Zalujnını vəzifədən uzaqlaşdıran rəsmi fərman verməsə də, Kiyevin ən güclü hərbi müttəfiqi olan Vaşinqtonu əvvəlcədən xəbərdar edib.

Yanvarın 29-da prezident aparatında keçirilən iclasda Zelenski Zalujnıya istefa verməyi təklif edib. “The Washington Post”un yazdığına görə, prezident bunu Zalujnının gedişinin son vaxtlar maliyyə dəstəyini zəiflədən Ukraynanın müttəfiqlərinə müsbət təsir göstərə biləcəyi ilə əsaslandırıb.

Zelenski həmçinin Zalujnıya ukraynalıların döyüşlərdən yorulduğunu və vəziyyəti yeniləməyə ehtiyac olduğunu bildirib. Eyni zamanda prezident baş komandana müşavir vəzifəsini təklif etsə də, Zalujnı bundan imtina edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.