Ukrayna prezzideti Vladimir Zelenski və Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun axtarışda olmaları barədə məlumatlar bazar ertəsi Rusiya Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasından yoxa çıxıb.
Azpost.info bildirir ki, bu barədə RİA məlumat yayıb.
“Sorğunuz üçün heç nə tapılmadı… Axtarış parametrlərini dəyişin və yenidən cəhd edin”, nazirliyin axtarış məlumat bazasında göstərilir.
Bundan əvvəl Rusiya KİV-ləri Rusiya Daxili İşlər Nazirliyinin Ukraynanın indiki və keçmiş prezidentlərini axtarışa verdiyini yazıb.