Zelenskinin müşaviri Podolyak Zalujni ilə bağlı məlumatlardan heyrətlənib

Prezident Vladimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnını “menecer” adlandırıb və onun işdən çıxarılmasının rezonans doğurmasına təəccüblənib.

Azpost.info bildirir ki, Podolyak bu barədə Ukrayna televiziyasına müsahibəsində bildirib.

“Mənim üçün bu, ümumiyyətlə, müəmmalı görünür – axı, bu vəzifə prezidentə şaquli tabeçilik qaydasındadır. Bu, prezidentin meneceridir”  – deyə Podolyak vurğulayıb.

Onun sözlərinə görə, bazar ertəsi Zalujninin istefası ilə bağlı məlumatlar gəlməyə başlayanda “siyasi rəqabət”lə bağlı suallar yaranıb.

“Mənim üçün bu, ümumiyyətlə, təəccüblüdür. Çünki münaqişə zamanı siyasi rəqabət, xüsusən də “ordu, generallar və siyasətçilər” səviyyəsində belə görünür. Lakin bu məlumatın rəsmi təkzibi var. Ona görə də hadisələrin necə inkişaf edəcəyini gözləyək”.

Podolyakın sözlərinə görə, Prezident Zelenski tabeliyində olanlara tapşırıq verə və bu nəticələri qiymətləndirə bilər. “Mən tam başa düşmədim, burada problem nədir? Bu, siyasi proses və ya siyasi rəqabət deyil”, – deyə müşavir əlavə edib.

Bazar ertəsi Radanın deputatı Aleksey Qonçarenko mənbələrə istinadən bildirib ki, Zalujnı vəzifəsindən azad edilib. Zelenskinin mətbuat katibi Sergey Nikiforov bu məlumatı təkzib edib. Ukrayna mətbuatının yazdığına görə, Zelenski hərbi liderdən öz istəyi ilə vəzifəsini tərk etməsini istəyib.

Britaniyanın “The Economist” jurnalı mənbələrə istinadən iddia edib ki, Zelenski Zalujnıya Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsini tutmağı təklif edib, lakin baş komandan bundan imtina edib.

Əvvəlki məqalə

Qarışıq döyüş növləri üzrə idmançı Maqomedrəsul Mutayev öldürülüb

Sonrakı məqalə

“ABŞ hərbçilərinə qarşı hucuma görə təkbaşına cavab verəcəyik” –