Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qurumun əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

Eyni zamanda tablolarda “sürüşkən yol” işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Əvvəlki məqalə

Ukraynaya 4,1 milyard avro ayrıldı

Sonrakı məqalə

İsrail Suriyanın Əl-Quseyr bölgəsinə zərbələr endirib