“Zirə” “Qəbələ”ni məğlub edib –Azərbaycan Kuboku

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

Günün yeganə oyununda “Zirə” və “Qəbələ” komandaları üz-üzə gəliblər. Zirə Olimpiya İdman Kompleksinin stadionunda keçirilən matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində 51-ci dəqiqədə Salifu Suma və 66-cı dəqiqədə Rafael Utziq fərqlənib. Matçın yekun nəticəsini 90-cı dəqiqədə Fares Abu Akel müəyyənləşdirib.

Yarımfinalın ötən gün baş tutan görüşündə “Qarabağ” səfərdə “Neftçi”nin qapısından 4 cavabsız top keçirib.

Qeyd edək ki, cavab qarşılaşmaları aprelin 24-də oynanılacaq.

Əvvəlki məqalə

Fransa və Rusiya müdafiə nazirləri telefon danışığı aparıb

Sonrakı məqalə

“WhatsApp”da problem yaranıb