Zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyməyib- ADY

İyulun 4-də saat 00:01 radələrində Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra dəmir yolu infrastrukturuna operativ baxış keçirən ADY-nin Fövqəladə Hallar Komissiyası öz işini yekunlaşdırıb.

ADY-dən bildirilib ki, aparılan yoxlamalara əsasən zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyməyib.

Hazırda yük və sərnişin qatarları qrafik üzrə hərəkətlərini davam etdirirlər.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.