Ərdoğanın səhhəti ilə bağlı rəsmi açıqlama verildi

“Bəzi sosial media hesablarında Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı yayılan iddiaların həqiqətə uyğun olmadığını bildiririk”.

TRT-nin məlumatına görə, bu sözlər  Türkiyənin Kommunikasiya Müdirliyinin Dezinformasiya ilə Mübarizə Mərkəzinin (DMM) yaydığı məlumatda yer alıb:

“Prezident Rəcəb Tayyib Ərdoğanın sağlamlıq durumu ilə bağlı irəli sürülən iddialar qətiyyən doğru deyil. Məqsədli və əsassız iddialara inanmayın. Bunun məqsədi ictimaiyyəti manipulyasiya etməkdir”.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.