Əfqanıstanda ABŞ hərbi konvoyuna hücum edilib. APA-nın "TOLO News" agentliyinə istinadən verdiyi xəbərə görə, Loqar vilayətində, Kabil - Paktiya magistral yolunda ABŞ hərbi konvoyunun yaxınlığında avtomobil partladılıb. Hadisə yerli vaxtla saat 11:00 radələrində baş verib. Hələlik partlayış nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.