Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının növbəti iclası keçirilib. Bu barədə APA-ya komissiyanın üzvü Rəşad Məcid məlumat verib. O bildirib ki, komissiya tam tərkibdə olub: “Bu gün 100-dən artıq müraciətə baxılaraq qərar verildi”. Qeyd edək ki, indiyədək komissiya 1000-ə yaxın müraciətə baxıb. *** 08.48 Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək. APA-nın məlumatına görə, komissiyanın iclası videoformatda qruplar halında keçirilir. İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılacaq. Qeyd edək ki, komissiya indiyə qədər 850-dən artıq müraciətə baxıb.