Əli Kərimli və Arif Hacılı ABŞ Konqresinin Bakıda səfərdə olan rəsmisi ilə görüşüb
AXCP sədri Əli Kərimli və Müsavat başqanı Arif Hacılı bu gün Bakıda səfərdə olan ABŞ Konqresinin Helsinki Komissiyasının baş siyasi müşaviri Everett Priclə görüşüb.
Azpost.info bildirir ki, bu barədə Ə.Kərimli məlumat verib.
Görüşdə Dövlət Departamentinin və ABŞ-ın ölkəmizdəki səfirliyinin təmsilçiləri də iştirak edib. Görüş zamanı ölkədəki ictimai-siyasi vəziyyəti, ölkədə sərbəst toplaşma azadlığı ilə bağlı məsələlər müzakirə olunub.
Növbəti xəbər yüklənir...