Ədliyyə Nazirliyinin səlahiyyətləri artırılıb

18 Dekabr 2019 - 21:12

Ədliyyə Nazirliyi özəl məhkəmə eksperti şəhadətnaməsi verəcək.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.

Eyni zamanda Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri sırasına özəl məhkəmə eksperti şəhadətnaməsini vermək, Məhkəmə Ekspertlərinin Reyestrini, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrini və Məhkəmə Ekspertizasının Elmi-Metodiki Fondunu aparmaq, Məhkəmə Ekspertlərinin Reyestrini, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrini və Məhkəmə Ekspertizasının Elmi-Metodiki Fondunu aparmaq daxil edilib.