Əfsanəvi Maradona vəfat edib

25 Noyabr 2020 - 20:40

Məşhur futbolçu Maradona vəfat edib.

Azpost.info bildirir ki, bu barədə Argentinanın “Klarin” qəzeti məlumat yayıb.

Maradona 60 yaşında dünyasını dəyişib. Noyabrın əvvələrində o xəstəxanaya aparılmışdı. Həkimlər onda beyin əməliyyatı aparmışdılar.

12 noyabrda futbolçu xəstəxandan evə buraxılmışdı. Həkimlər Maradonanın şüurunun özündə olduğunu demişdilər.

Maradona iyirminci əsr futbolunun ən məşhur oyunçusu olub. Dördü dünya çempinatında iştirak edən Maradona onlardan birinin, 1986-cı ildə Meksikada keçirilən çempionatın qalibi olub.