Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Bu barədə APA-ya komissiyanın üzvü Rəşad Məcid məlumat verib.
O bildirib ki, komissiya tam tərkibdə olub: “Bu gün 100-dən artıq müraciətə baxılaraq qərar verildi”.
Qeyd edək ki, indiyədək komissiya 1000-ə yaxın müraciətə baxıb.
***
08.48
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
APA-nın məlumatına görə, komissiyanın iclası videoformatda qruplar halında keçirilir.
İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılacaq.
Qeyd edək ki, komissiya indiyə qədər 850-dən artıq müraciətə baxıb.