Əlibaba Məmmədovun ayaqları tutulub:

"Nə var ki, burada? Qocayam da”
04 Dekabr 2021 - 09:44

Xalq artisti Əlibaba Məmmədov ayaqlarının tutulduğunu deyib.

Publika.az-a açıqlama verən xanəndə bu vəziyyətin 2 ildir davam etdiyini bildirib.

“Gəzə bilmirəm, 2 ildir ayaqlarım işləmir, bu, yeni xəbər deyil. Nə var ki, burada? Qocayam da”, – sənətkar qeyd edib.

O, “tələbələriniz və sənət dostlarınız sizi ziyarət edirmi” sualına belə cavab verib:

“Pandemiya dövründə kim gələr, kimi evə buraxmaq mümkündür? Düzgün deyil axı”.