Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir günlük işgüzar səfərlə Naxçıvana yola düşüb.
Azpost.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin məlumatında deyilir.
Səfər Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə baş tutur.
Məlumata görə, liderlər Türkiyə-Azərbaycan münasibətlərini müzakirə edəcəklər. Həmçinin, aktual regional və beynəlxalq problemlər, ilk növbədə Azərbaycanın Qarabağ bölgəsində baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.
Türkiyə və Azərbaycan prezidentlərinin İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimində və modernləşdirilmiş Naxçıvan hərbi kompleksinin açılışında iştirakı da gözlənilir.
Azpost.info