Türkiyə prezdineti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın ona göndərdiyi hədələyici və diplomatik qaydalardan uzaq tonda yazılan məktubuna cavab verib.
“Report” xəbər verir ki, R.T.Ərdoğan oktybarın 18-də Türkiyədə akkreditasiya olunan xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib:
“Əlbəttə, Donald Trampın siyasi və diplomatik nəzakətdən uzaq məktubunu unutmamışıq. Amma qarşılıqlı sevgi və hörmətimizə görə bunları gündəmdə saxlamamalıyıq. Zamanı gələndə də bu məsələ ilə bağlı lazım olanı həyata keçirəcəyimizi bildirmək istəyirəm”, Türkiyə lideri vurğulayıb.