“Əvvəl elə bildim əlimdə telefon partladı…” –Fazil Mustafa ilk dəfə terror hucumundan danışdı

“Həmin gün iftardan evə qayıdırdım. Evə yaxınlaşrkən şübhəli məqam hiss eləmədim. Pultla darvazanı açdım. Qapı açılana qədər qardaşıma zəng vurmaq üçün telefonu götürdüm. Bu zaman dəhşət saçan bir işıq, parıltı gördüm. Əvvəl elə bildim əlimdəki telefon partladı”.

Azpost.info bildirir ki, bu sözləri deputat Fazil Mustafa REAL TV-də Mirşahinə silahlı hucum barədə müsahibəsində deyib.

Onun sözlərinə görə, atılan həmin atəş dizinə dəyib: “Güllə dəydiyini tam hiss eləmirdim. Çevrilib baxmaq istəyəndə birdən ağlıma gəldi ki, mənə atəş açıblar. İkinci güllə çiynimdən tutdu”.

F.Mustafanın sözlərinə görə, əvvəlcə maşını sürüb uzaqlaşmaq istəyib. Sonra evin qapısının açıldığını görüb fikrini dəyişib: “Evə girib qapını bağlamaq qərarına gəldim. Telefonları maşında qoyub qapını açıb düşdm və sürətlə evə doğru qaçdım. Yoldşaım güllə səsini eşitmişdi. Dedim “məni vurdular, qapını bağlayın, 102-yə zəng vurun”.

Deputat deyib ki, sui-qəsdçilər çox guman ki, kameraya düşməmək üçün dalınca gəlməyib: “Onların arxamca gəlib-gəlmədiklərini bilmək üçün kameraya baxdım. Maşında işlək vəziyyətdə idi. Yoldaşım pultu tapdı qapını bağladı. Huşum özümdə idi, şoka düşmədim. 102-yə zəng vurub dedim ki mənə atəş açılıb”.

O bildirib ki, zəngdən 15 dəqiqə sonra mülki geyimli polislər evə gəlib: “Həyat yoldaşım mülki geyimli polisləri evinə buraxmaq istəmirdi. Dedi sizin polis olduğunza necə inanaq? Onlar özlərini təqdim etdilər və yoxlamağa başladılar. Təcili yardım maşınında gedərkən şəhərdə olan oğluma zəng vurub hadisəni dedilər. Mən telefonu alıb dedim ki, “narahat olma, yaralıyam. Ehtiyatlı ol səni də vura bilərlər”.

Deputat deyib ki, terrorçuların durduğu mövqe əlverişili olmayıb:  “Məni xilas edən maşın oldu. Maşının qapısı onlara düşməyimi görməyə imkan verməyib. Onlar içəri keçdiyimi görə bilməyiblər”.

F.Mustafa deyib ki, maşından düşməsəydi onu öldürəcəkdilər. Maşına 8 güllə dəyib.

Deputat bildirib ki, son illərdə hədələnsə, təhqir olunsa da  izləndiyini hiss etməyib: “Hətta Macarıstanda oxuyan oğluma təhdid mesajı yazmışıdlar. DTX araşdrdı, izlər gedib Quma çıxdı”.

F.Mustafa ona sui-qəsd edənləri “zombi” adlandırıb: “Mənə gllə atanlar dindar deyillər, zombilərdir. Onlar ata-analarına da güllə atarlar. Onlar nə sünnü, nə də şiə deyillər. Harda görünüb ki, Ramzan ayında adama güllə atarlar.. Bu təhdid mənbəyi qonşu ölkədə olan şəbəkələşmiş qüvvələrdir”.

Deputat DİN və DTX-ın yüksək peşəkarlığına görə minnətdarlıq edib: “Rahat oldum ki, belə peşəkarlar olduğu yerdə Azərbaycan dövlətini belə zərbələrlə sartsımaq olmaz”.

Deputat bu məsələdə  cəmiyyətin dəstəyinin vacibliyini bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.