İyunun 24-də Argentina millisinin kapitanı, məşhur futbolçu Lionel Messinin ad gününü qeyd edib. Forvard 36 yaşı tamam olub.
Azpost.info bildirir ki, ad günündə doğma şəhəri Rosario ona sürpriz hazırlayıb. Ad günü ilə bağlı dövlət bayrağının şərəfinə ucaldılmış abidə işıqlandırılırb və səmada futbolçunun silueti və üzərinə təbrik mesajı proyeksiya edilib.
Forvard bunun videosunu sosial şəbəkədə yerləşdirib və təşəkkür edib: “Təbriklərə görə çox sağ olun!”.
Futbolçu ad günündə beIN SPORTS-a müsahibəsində karyerası ilə bağlı danışıb.
Messi müsahibədə son illərdə səviyyəsinin aşağı düşdüyünü etiraf edib. “Əlbəttə, mənim artıq 35 yaşım var, bir neçə il əvvəlki “Barselona”da olduğum oyunçu deyiləm”.
Messi deyib ki, Parisdəki ilk il müxtəlif səbəblərdən onun üçün çox çətin keçib. “Amma bu mövsüm özümü daha yaxşı, daha rahat hiss etdim. Burada dünya çempionatı mühüm rol oynadı. Çempionatın mövsümün ortasında keçirilməsinə görə, hamı üçün qeyri-adi bir il oldu. Bəziləri bizim kimi kluba geç qayıtdı, bəziləri əlavə məzuniyyət aldı, bəziləri zədələndi. Bu, mühüm amil idi və komandanın oyun planlarına təsir etdi”.
Messi deyib ki, Dünya çempionatı çox şeyə təsir edir. “Bu, bəhanə deyil. Çünki dünya çempionatında çox adam oynayıb. Amma ümumilikdə dünya çempionatı Çempionlar Liqasında oyunun səviyyəsinə təsir edib. Hər kəs oradan başqa cür qayıtdı”.
Azpost.info