“Ədliyyə Nazirliyinin bütün iradlarını yerinə yetirəcəyik” –Müsavat başqanı

“Sədr müavini Ədliyyə Nazirliyində məmurlarla görüşüb və partiya üzvlüyündən imtina etmiş vətəndaşlar, bizim siyahılarda barəsində məlumat olmayan partiya üzvləri haqda bilgiləri dəqiqləşdirib. Biz bu adamların adlarını götürdük və özümüz araşdırmaya başladıq”.

Azpost.info bildirir ki, bu sözləri Turan-a müsahibəsində Müsavat baqşanı Arif Hacılı partiyanın qeydiyyatı ətrafında yaranmış vəziyyəti şərh edərkən bildirib.

Onun sözlərinə görə, partiyaya daxil olan məktubda Ədliyyə Nazirliyi bildirir ki, siyahıda 2766 partiya üzvünün barəsində məlumat düzgün deyil: “Buna inanmırıq. Hesab edirik ki, bizim siyahının hər ikinci müsavatçıya uyğun olmaması barədə rəsmi məlumatlar real deyil.  Bir neçə yüz səhv ola bilər, amma təxminən üç min olmaz”.

A.Hacılı deyib ki, hələlik Ədliyyə Nazirliyinə təqdim olunan siyahılarımızın yoxlanması və onlardakı texniki nöqsanların düzəldilməsi üzərində iş aparırlar: “Ədliyyə Nazirliyinin bütün iradlarını yerinə yetirəcəyik. Əgər bundan sonra da nazirlik Müsavatı qeydiyyata almasa, o zaman məhkəməyə müraciət edəcəyik”.

Azpost.info

Əvvəlki məqalə

Moskvada dronların düşdüyü yerlərdən

Sonrakı məqalə

Əməkdar artistin 126 min dollarını ələ keçirən Türkiyə vətəndaşı həbs edilib