Əli Əhmədov Dövlət Komissiyasının sədri təyin edilib

Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyası ilə əlaqədar yaradılmış Dövlət Komissiyasına yeni sədr təyin edilib.  

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncamda əksini tapıb.

Sərəncama əsasən, Baş Nazirin müavini Əli Əhmədov komissiyanın sədri təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Sonrakı məqalə

İrandan və İtaliyadan qayıtmış iki Azərbaycan vətəndaşında koronavirus aşkarlanıb