Ərdoğan Ermənistan hakimiyyətinə çağırış edib

Ermənistanla son olaraq Praqada danışıqlar apardıq.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana səfərindən öncə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Ermənistana açıq və konkret şəkildə dedi ki, əgər siz Azərbaycanla münasibətləri müsbət istiqamətdə aparsanız, Türkiyə olaraq bizim də Ermənistanla münasibətlərimiz müsbət istiqamətdə olacaq. Biz Ermənistandan bunu gözləyirik. Hazırda bu mərhələyə gəlmişikmi? Bunu deyə bilmərəm”, – Türkiyə lideri vurğulayıb.

O, Fransa və ABŞ-dakı erməni diasporunun davamlı olaraq normallaşma prosesinin əleyhinə olduğunu qeyd edib. Ərdoğan diqqətə çatdırıb ki, bu yanaşma normallaşma prosesinə mənfi təsir göstərir.

Ərdoğan Ermənistan hakimiyyətinə çağırış edib. Türkiyə dövlət başçısı əlavə edib ki, bunun qarşısını ancaq Ermənistan hakimiyyəti ala bilər. (APA)

Əvvəlki məqalə

“ABŞ seçkilərdən sonra da Ukraynaya kömək etməlidir”

Sonrakı məqalə

İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib