10 milyonluq qızıl unitaz oğurlandı- FOTO

Qızıl unitaz
Qızıl unitaz

İngiltərədə 18 əyarlıq qızıl tualet oğurlanıb.

AzPost NTV-yə istinadla xəbər verir ki, hadisə 5 il əvvəl Oksford yaxınlığında yerləşən Blenheim sarayında baş verib.

4,8 milyon funt sterlinq (təx. 10 milyon manatdan çox) dəyərindəki qızıl tualet 2 nəfər tərəfindən oğurlanıb.

Əvvəlki ifadələrdə tualetin 5 dəqiqə ərzində oğurlandığı bildirilirdi.

Məhkəmə 39 yaşlı Maykl Consu oğurluqda, 36 yaşlı Frederik Dou isə oğurlanmış qızılı satmağa cəhddə təqsirli bilib.

Oğurluğun lideri 40 yaşlı Ceyms Şin əldə edilmiş qızılları satmaqla bağlı barəsindəki ittihamları qəbul edib. Fırıldaqçılıq və oğurluq şəbəkəsi işlətməklə 5 milyon funt sterlinqdən çox qazanan Şin 2005-ci ildən bəri azı 6 dəfə həbs edilib.

Qeyd edək ki, “Amerika” adlı sənət əsəri italyan rəssamı Mauritsio Kattelanın əl işidir. Bu əsər müharibə dövrünün baş naziri Uinston Çörçillin doğulduğu (18-ci əsrə aid) evdə Kattelanın sərgisinin əsas əsərlərindən biri idi.

Əsər 2016-cı ildə ABŞ-da sərgilənib. Qızıl tualet daha sonra Blenheim Sarayına köçürülərək Çörçilin doğulduğu otaqla üzbəüz əraziyə yerləşdirilib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.