Azərbaycan Mərkəzi Bankının Martın 5-nə olan rəsmi məzənnələrinə görə, 1 Rusiya rublu 0.0138 manata bərabərdir (1000 rubl = 13.8 manat).
Ötən gün rubl 0.0155 manata bərabər idi (1000 rubl = 15,5 manat). Belələliklə, dünən ilə müqayisədə Rubl Manat qarşısında 11% də dəyərdən düşüb (1000 rubl 1,7 manat ucuzlaşıb)
2022-ci ilin yanvar ayının 12-sində 1 rubl 0.0229 manata bərabər idi (1000 rubl = 22.9 manat). Bu səviyyə ilə müqayisədə rubl manat qarşısında 39,7% dəyərdən düşüb (1000 rubl 9,1 manat ucuzlaşıb).
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibəyə başladıqdan sonra Rublun ucuzlaşması sürətlənib.