1042 nəfərə “Müharibə veteranı” adı verilməsindən imtina edilib –RƏSMİ

Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən komissiya tərəfindən bu günədək “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün təqdim olunan 4300 nəfərin məlumatlarının dəqiqləşdirilməsi məqsədilə əlavə zəruri sənədlər tələb olunduğuna görə yenidən baxılması üçün geri qaytarılıb.

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, 1042 nəfərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216-cı nömrəli qərarının tələblərinə zidd olduğuna görə imtina verilib.

Əvvəlki məqalə

Bakıdan Naxçıvana gedən jurnalistlər səlahiyyətli nümayəndə və DİN naziri ilə görüşdülər –

Sonrakı məqalə

Roma Papası Ukraynada sülhə çağırıb