Ölkə başçısının Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı Fərmanı 100 minədək vətəndaşın rifahına böyük dəstəkdir

 

Prezident İlham Əliyevin imzaladığı son fərmanlar aparılan uğurlu sosial siyasətin bir təzahürüdür. Həmçinin müharibə əlillərinə, şəhid ailələrinə ölkə başçısı tərəfindən göstərilən xüsusi diqqət və qayğının göstəricisidir. 2018-ci ildən başlayaraq ölkəmizdə sosial siyasət sahəsində inqilabi dəyişikliklər həyata keçirilir. İki sosial paket qəbul olunmuşdu. Bu yaxınlarda isə üçüncü sosial paket qəbul edildi. Sosial islahatlar nəticəsində həmin kateqoriyadan olanların müavinət və təqaüdləri 2.5-3 dəfə artırılıb. 2021-ci ilin əvvəlində də bu artımlar edilib. Bu yaxınlarda – oktyabr-dekabr aylarında da müavinətlər bir daha artırıldı. Dövlətimizin başçısının dekabrın 23-də imzaladığı Fərmana əsasən 1997-ci ilin avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanan və əlilliyi müəyyən olunmuş şəxslərə birdəfəlik ödəmə veriləcək. Birinci dərəcə əlilliyə görə 8 min 800, ikinci dərəcəyə görə 6 min 600, üçüncü dərəcəyə görə isə 4 min 400 manat vəsait verilməsi nəzərdə tutulur. Bu da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən nəğdsiz qaydada həmin şəxslərin bank hesablarına köçürüləcək və onlara bu haqda məlumatlar bildiriləcək. Fərman ölkə başçısının Qarabağ müharibəsi əlillərinə qarşı növbəti çox humanist, qayğıkeş və ədalətli bir addımıdır.

Deputat bildirib ki, 2019-2020-ci illərdə Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların ailələrini 11 min manat birdəfəlik ödəmə ilə təmin etmişdi. Bu da 12.3 minə yaxın şəhidin 18 mindən çox vərəsəsinin birdəfəlik ödəmə ilə təmin olunması demək idi. İndi isə bu əhatə artır. Əlillərlə bağlı son Fərman isə 17-20 min ailəyə, ümumilikdə isə 100 minədək insanın rifahına olan böyük bir dəstəyin göstəricisidir. Bu, ölkədə aparılan həm uğurlu sosial siyasətin, həm də həmin müqabildən olan vətəndaşlara olan qayğının bir nümunəsidir.

“Onu da qeyd etmək istərdim ki, şəhid ailələri, müharibə əlilləri mənzil və fərdi evlərlə də təmin olunurlar. Müharibə əlillərinə avtomobillər təqdim olunur. Yalnız elə bu il ərzində mənzillə təminat proqramı üzrə aparılan işlər 5 dəfə artırılıb. Qəbul olunan proqram çərçivəsində 2021-2025-ci illərdə 11 min, o cümlədən 2021-ci ildə 3 min mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulub. Bu il 2800, ötən dövrdə isə 12 min şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlərlə təmin edilib. Təkcə bu il ərzində müharibə əlillərinə 164 avtomobil verilib. Ümumiyyətlə, indiyədək 7400 avtomobil əlillərə təqdim olunub. Bununla yanaşı, dəstək istiqamətində də çox böyük işlər görülür. Həmin müqabildən olanlara reabilitasiya xidmətləri və vasitələr verilir, məşğulluq məsələsinin operativ həlli, kiçik biznes imkanlarının yaradılmasına dəstək göstərilir. Xatırladaq ki, dövlətimizin başçısının Vətən müharibəsindən sonra ilk görüşü də məhz müharibə əlilləri ilə olub. Son Fərman da həmin müqabildən olanlara xüsusi diqqəti və qayğını bir daha təsdiqlədi”, – deyə S.Hüseynova qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu il 37 ölkədən 40 tələbə Azərbaycanda təhsil almaq şansı əldə edib

Sonrakı məqalə

DSMF sədri minimum əmək pensiyalarının məbləği ilə bağlı məsələyə aydınlıq gətirib