12 ölkə Azərbaycanın Avropa İttifaqının peyvəndləmə proqramına daxil olunmasını təklif edib

08 Yanvar 2021 - 10:36

Avropa İttifaqına üzv bir sıra ölkələr, o cümlədən İsveç onlara qonşu olan Balkanlarda və “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrdə COVID-19 koronavirusu əleyhinə vaksinin yayılmasını təklif ediblər.

13 ölkənin xarici işlər nazirləri Avropa Komissiyasına birgə məktub ünvanlayıblar. Məktubda bildirilir ki, qonşu ölkələr koronavirusdan sağalmaya nail olmayana qədər, Aİ pandemiyadan öz təhlükəsizliyini təmin edə bilməz. Açıq məktubda deyilir: “Biz əmin olmalıyıq ki, yaxın qonşularımız da vaksin əldə edə biləcəklər”.

Nazirlərin fikrincə, Aİ-yə daxil olmayan 6 Balkan ölkəsinə bundan əvvəl pandemiya ilə mübarizədə yardım göstərilməsi təşəbbüsü oraya “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin qoşulması ilə genişləndirilməlidir. Söhbət Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan gedir.

Məktub İsveçin xarici işlər naziri Ann Linde və onun Bolqarıstan, Danimarka, Estoniya, Finlandiya, Xorvatiya, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, Çexiya və Macarıstandan olan həmkarları tərəfindən imzalanıb.