12 ölkə FİFA-nı İsrail millisinin beynəlxalq yarışlardan kənarlaşdırmağa çağırıb.
Azpost.info xəbər verir ki, müraciəti Yaxın Şərq ölkələrinin, o cümlədən Fələstin, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-nin futbol federasiyaları ünvanlayıb.
Çağırış Qəzza zolağındakı vəziyyətlə bağlıdır.
İsrail Futbol Assosiasiyasının baş direktoru Niv Qoldşteyn “Sky News”a FİFA-nın siyasətə qarışmayacağına ümid etdiyini bildirib.
Azpost.info