“14 may dastanını birlikdə yazacağıq”- Ərdoğan seçkidən danışdı, "6-lı masa"nı "topa tutdu" (VİDEO)

“Cumhur İttifaqı” olaraq 14 may dastanını bir müddətdir birlikdə yol getdiyimiz, həmçinin yeni qoşulan və ya qoşulacaq dostlarımızla birlikdə yazacağıq”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Qarşımızda bir ittifaq deyil, köhnə Türkiyədə olduğu kimi tamamilə dava, oyun, sövdələşməyə əsaslanan koalisiya var. Altıdan başlayan və 8-dən, yoxsa 10-dan ibarət olduğu bilinməyən koalisiyanın 12 bəndlik bəyanatı ölkəmizi hara sürükləmək istədiklərinin yazılı sübutudur. Kamal Kılıçdaroğlunu prezidentliyə namizəd kimi göstərən bu koalisiyanın gündəmində ölkə və millətin heç bir məsələsi yoxdur. 6-lı koalisiyanın gücləndirilmiş parlament sistemi kimi başladığı yol, vitse-prezidentliyi bölüşdürmə mübarizəsi ilə bitdi”, – Türkiyə prezident qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

İndoneziyada vulkan püskürdü –

Sonrakı məqalə

Bakıda keçiriləcək beynəlxalq konfransla əlaqədar Təşkilat Komitəsi yaradılıb