17 il əvvəl Putin və ABŞ prezidenti Soçidə qızlarla necə rəqs edib?
Kremlin rəsmi saytında Putinin əvvələr heç vaxt açıqlanmamış foto və videoları yer alıb.
AzPost bildirir ki, videogürüntülərin birində Rusiya prezidenti ilə ABŞ prezidenti Corc Buşun Soçidə yemək mərasimi zamanı çəkilmiş nadir kadrları əks olunub. 2008-ci ilin aprel ayında çəkilmiş bu kadrlarda Putin və Buş Rusiya xalq mahnı qrupunun iştirakçıları ilə rəqs edirlər.
Putinin və Buşun qızlarla şövqlə rəqs etməsi diqqəti çəkir.
2008-ci ilin aprel ayında Rusiya və ABŞ dövlət başçılarının Soçidə danışıqları keçirilib.
Putin və ABŞ prezidenti Rusiya-Amerika əməkdaşlığının aktual məsələlərini və ayrı-ayrı xarici siyasət mövzularını müzakirə ediblər.
Görüşün yekununda Rusiya-Amerika münasibətlərinin strateji çərçivəsi haqqında Bəyannamə qəbul edilib. Sənəddə son illər ikitərəfli münasibətlər sahəsində görülmüş bütün müsbət işlər ümumiləşdirilib.
Danışıqlar başa çatdıqdan sonra Rusiya və ABŞ başçıları mətbuata açıqlamalar verib, jurnalistlərin suallarını cavablandırıblar. Daha sonra işçi səhər yeməyi təşkil edilib, Vladimir Putin və Corc Buş beynəlxalq gündəlikdəki aktual məsələlərin müzakirəsini davam etdiriblər. ABŞ prezidenti Rusiyanın yeni seçilmiş prezidenti Dmitri Medvedevlə də danışıb.
Videonu təqdim edirik: