18 kiloqram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

Noyabrın 29-da saat 17:20-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Ərus kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

DSX-nin mətbuat xidmətindən verilən məlumata görə, sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 18 kiloqram 800 qram narkotik vasitə (10 kiloqram 500 qram marixuana, 3 kiloqram 750 qram metamfetamin, 4 kiloqram 550 qram heroin) aşkarlanaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Əvvəlki məqalə

Skopyedə ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb

Sonrakı məqalə

Ölkədə qızılcaya yoluxma sayları nəzarət altındadır