189 min vergi borcu olan şirkət Bakı meriyasının tenderində necə qalib gəlib?

Bakı Şəhər İcra Hakimiyyəti külli miqdarda vergi borcu olan şirkəti keçirdiyi tenderin qalibi elan edib.

Azpost.info bildirir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması ilə bağlı tender keçirib.

Tenderin məbləği 601 min 421 manatdır. Elan olunmuş tenderin qalibi “R.V. Yol İnşaat” MMC olub.

Dövlət Vergi Xidmətinin rəsmi məlumatına görə isə “R.V. Yol İnşaat” MMC-nin 189 min 115 manat vergi borcu var.

Xatırladaq ki, “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə vergi borcu olan şirkətlərin tenderdə iştirakı qadağandır.

Azpost.info

Əvvəlki məqalə

“Gözəl prezident, ad günün mübarək!”

Sonrakı məqalə

Paşinyan rusiyalı deputat Zatulinin Ermənistana girişinə qadağa qoydu