2 min altı yüz saxta əlil aşkar olunub –Nazirlik ödənişləri dayandırıb

Əlilliyin qiymətləndirilməsi sisteminin şəffaflaşdırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən görülən tədbirlər 2020-ci ilin ötən dövründə davam etdirilib. 

Nazirlikdən verilən məlumata görə, müvafiq işçi qrupu tərəfindən xəstəlik sənədləri şübhə doğuran əlillik təyinatları üzrə aparılan araşdırmalar zamanı daha 2 min 600 əlillik təyinatının reallığı əks etdirməyən saxta tibbi sənədlərlə tərtib olunmuş əsassız göndərişlər əsasında aparıldığı aşkar edilib. Həmin əlillik təyinatları ləğv olunub və təyin olunan sosial təminat növləri üzrə ödənişlər dayandırılıb. Bunun da nəticəsi olaraq, büdcə vəsaitinin həmin ödənişlər üzrə qeyri-qanuni istiqamətə xərclənməsinin qarşısı alınmaqla, illik 9,5 milyon, ümumi gözlənilən xərclər üzrə 225 milyon manat dövlət vəsaitinə qənaət edilib.

Ümumilikdə isə son iki ildə aparılan araşdırmalar nəticəsində 6 min 300 əlillik təyinatının əsassız göndərişlər əsasında aparıldığl aşkar olunaraq ləğv edilib. Nəticədə illik 29 milyon, ümumi gözlənilən xərclər üzrə 735 milyon manat büdcə vəsaitinə qənaət olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Los Ancelesdəki təxribatın ermənilərin törətdiyinə dair təkzibedilməz sübutlar var” –

Sonrakı məqalə

Prezident son 20 gündə vətəndaşların 100 müraciətini Adminstrasiyaya göndərib –