2022-2026-cı illərdə azad edilmiş ərazilərə 34 500 ailə köçürüləcək

İşğaldan azad edilmiş ərazilərdə tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi nəzərdə tutulub.

Bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb.

Qeyd olunub ki, 2022‒2025-ci illərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyətləri və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi ilə birgə 10 270, 2022-2026-cı illərdə isə 34 500 ailənin köçürülməsini təmin etməlidir.

Əvvəlki məqalə

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün tarixi imkan var”

Sonrakı məqalə

“Ermənistanın ziddiyyətli bəyanatları sülh gündəliyinin irəli aparılmasına mənfi təsir göstərir”