“2023-cü ildə ombudsmana 29 min müraciət daxil olub” –Aydın Səfixanlı

2023-cü ildə ombudsmanın ünvanına 29 min 411 müraciət daxil olub. Müraciətlərə Konstitusiya Qanunu ilə müəyyən edilmiş müddətlərdə baxılıb və cavablandırılıb.

Bu fikirləri Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Milli Məclisin İnsan hüquqları komitəsinin fevralın 29-da keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin 2023-cü il üçün illik məruzəsinin müzakirəsi zamanı səsləndirib.

Vətəndaşlardan daxil olan şikayətlərlə bağlı danışan A.Səfixanlı bildirib ki, azadlıq hüququnun təmini ilə bağlı ombudsmanın ünvanına daxil olan müraciətlərdə, əsasən Ombudsman Aparatı tərəfindən şəxsiyyət vəsiqələri, həmçinin İraqdan, Suriyadan olan insanlarımızın hüquqlarının müdafiəsi istiqamətində müvafiq işlər görülüb və görülür.

A.Səfixanlı qeyd edib ki, ombudsmanın ömürlük həbs cəzasına məhkum olunmuş vətəndaşlarımızın taleyi ilə maraqlanır və onların məsələlərini diqqətdə saxlayır. Onun sözlərinə görə, məhkumların öz ailə üzvləri və qohumlarla görüşməsi onların sosial reabilitasiyasında müsbət rol oynayır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.