21 yaşlı MMA döyüşçüsünü öldürən şəxs müəyyən edilib –SƏBƏB

MMA qarışıq döyüş sənəti üzrə 21 yaşlı döyüşçüsü Maqomed Mutaevin qətlində şübhəli bilinən şəxs müəyyən edilib.

Azpost.info bildirir ki, bu barədə Dağıstan Daxili İşlər Nazirliyinin Telegram kanalında xəbər verilib.

Dağıstanın Kumtorkalinski rayonundan olan on səkkiz yaşlı Nadırxan Kadirxanov bu ittihamla axtarışa verilib.

İdarədən bildirilib ki, polis şübhəlinin tutulması üçün tədbirlər görür.

İdmançının qətli daha əvvəl fevralın 1-də məlum olub. Naməlum şəxs döyüşçüyə evinin yaxınlığında arxadan yaxınlaşaraq tapançadan bir neçə dəfə atəş açıb. Alınan xəsarətlərin idmançı ölüb.

“SHOT” kanalının məlumatına görə, motiv qisas ola bilər. Bildirilib ki, Mutaev əvvəllər atası haqqında şayiələr yaydığına görə Kadirxanovu döyüb və onun üzünə boya töküb.

Əvvəlki məqalə

Mbappe “Real Madrid”ə keçdi

Sonrakı məqalə

Məxfi sənədləri “WikiLeaks”ə ötürən MKİ əməkdaşına 40 il həbs verildi