Bir səbət alma, qırmızı idman dəsti…- Çin lideri Lukaşenkoya hədiyyələr verdi (FOTO)

Çin lideri Si Cinpin Pekində səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenkoya Hunan əyalətindən gətirilmiş Çin almaları hədiyyə edib.

Azpost.info xəbər verir ki, Belarus rəhbəri öz növbəsində həmkarına bir neçə zərgərlik kompozisiyasını, o cümlədən ölkəsininYaxın Şərqə tədarük etdiyi məhsullardan ibarət səbət təqdim edib.

Si Cinpin alma ilə yanaşı, Lukaşenkoya ipəkdən hazırlanmış rəsm əsəri və digər Çin malları, o cümlədən, Belarus liderinin kiçik oğlu Nikolaya “Çin” yazısı olan qırmızı idman dəsti hədiyyə edib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.