Çində 2500 il yaşı olan qədim unitaz tapılıb.
Azpost.info “China Daily”yə istinadən bildirir ki, bunu Çin sosial elmlər Akademiyasının Arxeologiya İnstitutunun tədqiqatçıları Yuean şəhərində qədim sarayın xarabalıqları arasında qazıntı zamanı aşkar ediblər.
Buna qədər hesab olunurdu ki, su axıtma sistemli unitaz ilk dəfə Britaniyada hazırlanıb.
Unitazla birgə həmin yerdə xaricə çıxan çalaya aparan turba və digər sınmış müxtəlif detallar aşkar edilib. Tədqiqatçılar aydınlaşdırıb ki, suyu su santexnik avadanlığındakı çənə nökərlər tökürmüş. Çox guman ki, belə bahalı avadanlıq yüksək rütbəli saray məmurlarına məxsus olub. Bu barədə qrupun üzvü Lu Juay deyib.
İlkin araşdırmaya görə, tualetin 2200-2400 yaşı var. Bu unitaz “Döyüşən padşahlıqlar” periodu və Xan sülaləsinin əvvəlinə aiddir.
Azpost.info