“Fiziki məhdudiyyətli şəxslərin peşə hazırlığının gücləndirilməsi” layihəsi davam edir –FOTOLAR

Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökmət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.06.2024-cü il tarixindən “Fiziki məhdudiyyətli şəxslərin peşə hazırlığının gücləndirilməsi” adlı layihənin icrasını uğurla davam etdirir.

Bu barədə layihə rəhbəri Mirzə Məmmədvəliyev məlumat verib. Onun sözlərinə görə, layihənin əsas məqsədi əlilliyi olan şəxslərin işsizlik problemini həll etməkdir: “Müharibə iştirakçılarının, qazilərin və digər həssas sosial qrupların müyəssər peşə hazırlığının yüksəldilməsi və onların arasında sahibkarlığın inkişafı, əlilliyi olan müharibə iştirakçılarının və digər həssas sosial qrupların əmək və sahibkarlıq fəaliyyətinə hazırlanması üzrə təlimlərin və maarifləndirmə tədbirlərinin  təşkili və fəallığını artırmaqdır. Onların bilik və bacarığının artırılması və məşğulluğunun təmin olunması istiqamətində peşə kursları yaratmaq və bu kurslardan onların özləri ilə yanaşı ailələrinin də cəlb edilmsinə dəstək verməkdir.  İyunun ayının ortalarından layhəmizə cəlb olunan əlilliyi olan şəxslər üçün iki istiqamət üzrə kurslar təşkil olunur. Onlara dərzi və modelyer dizayner tərəfindən biçmə və tikmə sənətinin incəlikləri öyrədilir. Hər kurs üçün 16 dərs olmaqla, iki kursa 32 dərs ayrılıb.Bu da öz növbəsində biçmə və tikmə sənətinin incəliklərini öyrənmək istəyən əlilliyi olan şəxslərə öz işlərini qurmalarına  yardım edəcək. Qeyd edək ki, layihəyə avqsut ayının sonuna kimi davam edəcək”.

 

Əvvəlki məqalə

COP29-la bağlı Orta Asiya liderlərinə rəsmi dəvət məktubları göndərilib

Sonrakı məqalə

Paris-2024: