32 il əvvəl şəhid olmuş 5 döyüşçünün qalıqları Xocalıda dəfn edilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri dəqiqləşdirilmiş daha beş şəhidin cəsədlərinin qalıqları Xocalı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.

Xocalı faciəsi zamanı itkin düşən Məmişov Şahin Talış oğlu, Paşayev Ələddin Bəhlul oğlu, Qarayev Usubəli Süleyman oğlu, Şahmuradov Nemət Musa oğlu və Usubov Zakir Kamran oğlu uğrunda döyüşərək şəhid olduqları doğma yurdlarında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidlərimizin ruhuna dualar oxunub, məzarına tər güllər düzülüb, əklil qoyulub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.