36 il əvvəl buraxılmış “Mercedes” 500 min dollara satılır –FOTO

ABŞ-da 1987-ci ildə istehsal olunmuş ” Mercedes-Benz W124″ modeli yarım milyon dollara hərraca çıxarılıb. 

Azpost.info bildirir ki, Mercedes AMG Hammer sayılan bu model kolleksiyaçılar tərəfindən çox qiymətli hesab olunur. Cəmi 30 belə sedan buraxılıb. Avtomobili unikal edən 6 litr həcmində 385-lik V8 mühərrikidir.  Maşın 5,2 saniyədə 100 km sürət yığır, maksimal sürət həddi isə 306 km-saatdır. Hətta bu gün belə bu göstəricilər adamları valeh edir.

Zahirən “Mercedes AMG Hammer” standart “W124” modelinə oxşayır. Amma fərqli texniki göstəriciləri var. Xüsusi disklərə və  yük yerinə malikdir. Salondakı mexaniki avadanlıq da dəyişdirilib.
Avtomobil sifarişlə yığılıb. Onu  yığmaq üçün 1987-ci ildə buraxılmış, qiyməti 39 min dollara olan  W124  standart modeldən istifadə edilib. “AMG North America” mənzil-qərargahına göndərilən avtomobili güclü idman maşınına çeviriblər. Bütün işlər əllə aparılıb.

Avtomobil bu 37 il ərzində cəmi 52 min km gedib.

Əvvəlki məqalə

Ronaldo Səudiyyə Ərəbistanında ev alıb –

Sonrakı məqalə

Balakəndə 1 fırıldaqçı, 1 oğru, 4 narkotacir və 11 silah ələ keçib –