4 il əvvəl maşından 16 min manat oğurlayan şəxs saxlanıldı

Avtomobildən oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Baş Cinayət Axtarışı İdarəsi və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində 4 il əvvəl şəhər ərazisində “Mercedes” markalı bir avtomobildən 16.000 manat və sənəd oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş R.Dadaşzadə saxlanılıb.

Araşdırma aparılır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.