49 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan vəfat edən olmayıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 412 vaksin vurulub.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 121, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 82, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 173, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 36 nəfərdir.

Əvvəlki məqalə

Azərbaycan və Ermənistan parlamentlərarası danışıqları keçirilə bilər –

Sonrakı məqalə

Sunak Britaniyanın İsraildəki səfirliyini Qüdsə köçürməkdən imtina edib