57 yaşlı Məleykə Əsədova idman zalında hamını təəccübləndirdi –FOTOLAR

Xalq artisti Məleykə Əsədova “Pilates” idman növü ilə məşğul olmağa başlayıb. 

Aktrisa bu barədə sosial şəbəkə hesabında bildirib.
O idman zalında lentə alınan fotolarını izləyiciləri ilə bölüşüb. Əsədova şəkillərinə bunları da əlavə edib:
“Günümüz aydın və sağlam olsun! Ruh və bədən sağlamlıqı arzu edirəm hər bir izləyicimə! İdman isə sağlamlıqdır. İnsanın ruhuna da təsir edir! Könlümüzü, ruhumuzu gözəl niyyətlərlə saflaşdıraq. Həyatın bəxş etdiyi hər bir gözəlliyi görə bilək! Ömür çox qısadır, Allahın bəxş etdiyi ömrü neqativlərdən uzaq olub saf düşüncələrlə öz həyatımızı yaşayaq!”.
İzləyiciləri 57 yaşlı Xalq artistinin qüsursuz bədən qurluşuna tərif yağdırıblar. “Bu yaşda bu cür gözəl və fit qalmaq”, “Mən sizdeki enerjiyə həsəd aparıram, məni tənbəllik basıb”, “Hər il daha da gözəlləşir. Aşiq olmamaq əldə deyil” kimi sözlər yazaraq Əsədovanın çox bəyəndiklərini bildiriblər.
Məlumat üçün bildirək ki, “Pilates” alman əsilli Jozef Pilatesin adı ilə bağlıdır. Onun bu idman növünü yaratmaqda məqsədi bədən, qamət quruluşunun tənzimlənməsi olub. Pilatesdə əsas məqsəd onurğa sağlamlığıdır. İnsanlar kompüter qarşısında oturur və onurğasında skalioz, oynaq xəstəlikləri yaranır. Pilateslə bu problemlər öz həllini tapır.
Əvvəlki məqalə

“Mən qayıtdım!”

Sonrakı məqalə

Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk sürətli sərnişin qatarı yola düşüb