60 yaşlı Kianu Rivz “Con Uik”-in davamında çəkiləcəkmi?

“Con Uik” filminin rejissoru öz qəhrəmanı seçdiyi Hollivud ulduzu Kianu Rivzin baş rolda çəkiləcəyi gözlənilən yeni, həm də beşinci filmin çıxıb-çıxmayacağına cavab verib.

“Con Uik 4”-ün sonu serial pərəstişkarları üçün o qədər ürəkaçan olmasa da, filmin kassa uğuru “Lionsgate” studiyasına heç bir seçim buraxmadı. Beşinci hissə demək olar ki, dərhal elan edildi. Bütün bunlara və gözlənilməzliklərə baxmayaraq bu film haqqında nə Çad Stahelski, nə də Kianu Rivz heç bir şərh vermədilər. Lakin filmin uğurlu nümayişindən sonra bəyan edildi ki, 2025-ci ilə planlaşdırılmış çəkilişlərlə bağlı məlumatlar uydurmadır və beləliklə də bu xəbər təkzib olundu.

“Prosesə və hekayəyə vurğunam. Kianu və mən qərara gəldik ki, əgər yaxşı bir fikir ağlımıza gəlsə, onu həyata keçirəcəyik. Buna heç bir şübhəniz olmasın. Əgər biz azarkeşləri incitməyəcəyimizə əmin olsaq və hələ onlara verə biləcəyimiz yeni nəsə varsa, bunu sabah da edə bilərik. Ancaq indi məndə bu yoxdur. Bir sözlə, Con Uik də, Kianu Rivz də yalnız gözləmək, yaxud da təqaüdə çıxmaq arzusunda ola bilər. Çünki hal-hazırda belə bir layihə barədə düşünməyə tələsməyən “Lionsgate” kino şirkətinin nə Rivzi Con Uik obrazında, nə də məni rejissor kimi içəri buraxmamaq üçün 440 milyon səbəbi var. Biz heç nəyə işarə etmirik, amma mən də yada salmaq istəyirəm ki, bu il aktyor Kianu Rivzin 60 yaşı tamam oldu, saat irəliləyir axı” deyə hələ də taleyi müəmmalı qalan bu layihə ilə bağlı kino studiyaya incə eyham vuran “Con Uik” filminin rejissoru Çad Stahelski bildirib.

Oqtay Qorçu

Əvvəlki məqalə

İndoneziya BRİKS-ə qoşulmaq istəyir

Sonrakı məqalə

Qərbi Azərbaycanla bağlı saytın və “Danışır tarix” filminin təqdimatı olub