“Ukraynada və onun ətrafında baş verən hadisələr ciddi narahatlıq doğurur”.
Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
O bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, Ukraynada olan azərbaycanlılarla bağlı sərhəd dövlətlərlə əlaqə yaradılıb.
Nazir müavininin sözlərinə görə, Rumıniyanın Yassı şəhərindən 3 çarter reysi ilə 500-dən çox Azərbaycan vətəndaşı ölkəyə gəlib: “800 vətəndaşımızın Xarkov şəhərindən daha təhlükəsiz bölgələrə təxliyəsi təşkil olunub. Vətəndaşlarımızdan viza, PCR test və “COVID-19” pasportu tələb olunmur”.
Elnur Məmmədov deyib ki, 2050 Azərbaycan vətəndaşı Ukraynadan digər qonşu ölkələrə keçib: “Onlar Moldovaya, daha sonra Rumıniyaya keçənlərdir”.