“84 yaşlı insanın təbii ölümünü siyasi möhtəkirlik obyektinə çevirirlər” –HİKMƏT HACIYEV

“Belə çıxır ki, Ermənistan istintaq komitəsinin sədrinin timsalında Ermənistan artıq beynəlxalq humanitar təşkilatları ittiham etməyə başlamışdır. 84 yaşlı Mişa Melkumyan fiziki yardıma ehtiyac duyduğu halda döyüş meydanında Ermənistan ordusu tərəfindən tənha qoyulub qaçılmışdı. Azərbaycanın beynəlxalq təşkilatlar vasitəsilə 18 oktyabrdan etibarən müraciətinə baxmayaraq, Ermənistan bu şəxsi qəbul etməkdən imtina edirdi. Sözügedən şəxs Beynəlxalq Qızıl Xaç Komitəsinin nümandələrinin də iştirakı ilə həkim müayinəsində olmuşdur”.

Bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

“Mişa Melkumyan təbii yolla vəfat etməsəydi, yəqin yaşlı erməni qadın kimi onu da Ermənistan istintaq komitəsinin müstəntiqlərinin fiziki və psixoloji işgəncələri gözləyirdi. Bu hal bir daha Ermənistanın siyasi-hərbi rəhbərliyinin humanist dəyərləri hələ dərk etməkdən çox uzaq olduğunu, 84 yaşlı insanın təbii ölümünü belə siyasi möhtəkirlik obyektinə çevirməkdən çəkinmədiyini göstərir”, – H.Hacıyev belə deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğan Ali Məşvərət Şurasında Qarabağı müzakirə etdi

Sonrakı məqalə

Düşmən Tovuz, Gədəbəy və Daşkəsəndəki hərbi bölmələrimiz atəşə tutub –