86 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, 10 nəfərin namizədliyi təsdiqlənib

48 seçki dairəsindən 86 nəfər deputatlığa namizədlik üçün müraciət edib. İrəli sürülən namizədlərdən artıq 10 nəfər təsdiq olunub. Onlardan 2-nə imza vərəqləri verilib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, onlar 450 imza toplamalıdır: “İmzaların toplanmasında problem olmamalıdır. Bu seçkilərdə bir nəfər bir neçə namizədə də imza ata bilər”

Əvvəlki məqalə

HƏMAS girovların azad edilməsi üçün danışıqlara başlamağa razılaşıb

Sonrakı məqalə

Azad edilmiş ərazilərdə yeni seçki məntəqələri yaradılacaq