9 ayda 500 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edilib

20 Oktyabr 2019 - 09:26

2019-cu ilin 9 ayı ərzində Azərbaycandan 501,5 milyon dollar dəyərində kənd təsərrüfatı məhsulları ixrac olunub.

Bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov deyib. Onun sözlərinə görə, kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 16.3 faiz artıb.