“90 yaşına qədər filmlərə çəkiləcəyəm” –Tom Kruz 61 yaşını qeyd edib

Hollivud ulduzu Tom Kruz aktyorluq karyerasından imtina etməyəcəyini deyib.

Azpost.info bildirir ki, bu barədə aktyor “The Sydney Morning Herald” qəzetinə müsahibəsində bildirib.

O bundan sonra da sona qədər rol almağa ümid etdiyini bildirib. Kruz nümunə olaraq indiyə qədər filmlərdə və televiziya şoularında fəal rol alan 80 yaşlı Harrison Fordun adını çəkib.  Tom ondan nümunə götürmək istədiyini söyləyib: “Harrison Ford əfsanədir. Ümid edirəm ki, onun yaşında mən özüm də sırada olacağam. Baxmayaraq ki, ona yetişmək üçün daha iyirmi il vaxt sərf etməliyəm. Ümid edirəm ki, bütün bu müddət ərzində “Mission Impossible” filmini çəkə bilərik”. 

İyulun 3-də Tom Krzuzun 61 yaşı tamam olub.

 

Əvvəlki məqalə

Sakit və Atlantik okeanın bir-birinə qarışdığı yerdə su niyə fərqlidir? –

Sonrakı məqalə

Bu çimərlikdə musiqiyə qulaq asmağa görə 36 min avro cərimə yazılır