Misirdə fironların addımladığı qədim prospektin açılışı olub –FOTOLAR

Misirin Luksor şəhərində rekonstruksiya olunmuş ən qədim tarixi Sfinkslər Prospektinin açılışı olub.

Təntənəli açılış mərasimində Misir Prezidenti Əbdülfəttah əl-Sisi iştirak edib.

Misirin dövlət başçısı 2,7 kilometr uzunluğunda olan, Luksor və Karnak məbədlərini birləşdirən Sfinkslər prospekti ilə addımlayıb.

Sonra Qədim Misir kraliçası Hatşetsup haqqında mahnının sədaları altında parad olub, qədim misirlilərin geyimində olan aktyorlar fironlar dövrünün ayinlərini və rəqslərini ifa ediblər.

Dünyanın ən böyük açıq hava muzeyi olan Luksor şəhərinə Misir fironlarının qayıqları gətirilib. Onlar neon lampaları ilə işıqlandırılan 3 min il əvvələ aid sfinks heykəllərinin arasından keçərək Karnak məbədinə çatdırılıb. Qədim Misir irsi haqqında nümayiş etdirilən sənədli filmdə göstərilib ki, Luksorda 1057 heykəl, o cümlədən 309 sfinks abidəsi mövcuddur.

Mərasimin sonunda atəşfəşanlıq və konsert olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir